17:37, 22 May 2018 (Çərşənbə axşamı) 209

Zükerberq Avropa Parlamentində ifadə verəcək

Zükerberq Avropa Parlamentində ifadə verəcək


/ DÜNYA
Facebook şirkətinin CEO-su Mark Zükerberq bu gün – mayın 22-də Avropa Birliyinin deputatları qarşısına çıxacaq, milyonlarla Facebook istifadəçisi haqqında məlumatların oğurlanması iddialarıyla bağlı sualları cavablandıracaq.

Canlı yayımlanacaq sual-cavab sessiyasında Zükerberq Avropa Parlamentindəki əsas partiya və komitələrin liderləri tərəfindən dindiriləcək.

Zükerberq ötən ay ABŞ Konqresində ifadə vermişdi, ancaq Avropaya getməyə boyun olmamışdı. O, Britaniya parlamentinə aparıcı rəsmisini göndərmiş, Brüsselə də eyni variantı təklif etmişdi. Amma AB parlamenti onu şəxsən dindirmək istəyib.

Bugünkü dindirmənin əvvəlcə qapalı keçirilməsi nəzərdə tutulurdu. AB-nin Mülki Azadlıqlar, Ədalət və Daxili İşlər Komitəsinin prezidenti Klaude Moraes deyib ki, dindirmənin yayımlanması "çox vacibdir”.