23:08, 05 Oktyabr 2018 (Cümə) 158

Zəvvarları daşıyan furqon dərəyə düşüb

Zəvvarları daşıyan furqon dərəyə düşüb


/ DÜNYA

Hindistanın şimalında furqonun 150 metrlik dərəyə düşməsi nəticəsində 9 nəfər ölüb, daha 5-i ciddi xəsarət alıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə cümə günü Uttarkaşi şəhərində baş verib. Bir qrup zəvvar Himalaydakı Qanqotri məbədini ziyarətdən qayıdırmış. Sərnişinlərdən birinin sözlərinə görə, hansısa məqamda avtobus gözlənilmədən yoldan çıxıb. Qəza zamanı salonda təqribən 13 zəvvar olub. Ölənlər arasında 8 sərnişin və avtobusun sürücüsü olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.