Dünya

Özbəkistanda keçmiş baş prokuror saxlanılıb

23 Fevral, 2018
1920
Özbəkistanda yeni prezident Şavkat Mirziyoyevin kadrları təmizləmə siyasətinin gedişində daha bir yüksək vəzifəli şəxs – ölkənin keçmiş baş prokuroru həbs olunub.

Özbəkistan baş propkurorluğundan AzadlıqRadiosuna bildiriblər ki, Raşid Qodirov fevralın 22-də həbs edilib və hazırda müstəntiqlər tərəfindən sorğu-sual olunur.

Adının çəkilməsini istəməyən rəsmi bunu da əlavə edib ki, Qodirovla birlikdə işləmiş iki yüksək vəzifəli prokurorluq işçisi də həbs edilib.

Qodirov bundan üç il əvvəl keçmiş prezident İslam Karimovun böyük qızı Qulnara ilə əlaqəli olan rəsmilərin təqib olunmasına görə vəzifəsindən uzaqlaşdırılmışdı.

Qulnara Karimova 2014-cü ildən məhbusdur və bəzi məlumatlara görə rüşvət və reket kampaniyası aparmaqda ittiham olunur.

2014-cü ildə Qulnara barəsində cinayət işi qaldırılanda Qodirov artıq 15 il idi ki, baş prokuror vəzifəsində idi.

Qodirovun həbsindən təxminən on gün əvvəl onun oğlu Alişer ölkədən qaçıb.

2016-cı ildə İslam Karimovun ölümündən sonra prezident olmuş Mirziyoyev tədricən, lakin çox sayda hökumət rəsmisini vəzifələrindən uzaqlaşdırb.

Ötən avqustda keçirilən hökumət müşavirəsində Mirziyoyev baş prokurorluğu tənqid edərək orada işləyənləri "oğrunun yekəsi” adlandırmışdı. O vaxt çoxları bu sözün Qodirova atıldığını düşünmüşdülər.

Ölkənin maliyyə naziri prezident tərəfindən kəskin tənqid olunduqdan sonra nazirliyin minədək işçisi vəzifələrindən uzaqlaşdırılıb.

Yanvarın 31-də isə prezident ölkə təhlükəsizlik qüvvələrinin qüdrətli başçısı Rustam İnoyatovu işdən çıxarıb. O Özbəkistan xüsusi xidmətinin əməkdaşlarını "qusdurğan itlər” adlandırıb və onları işgəncə və repressiyalarda ittiham edib.

Mirziyoyev vergi, səhiyyə və başqa dövlət qurumlarını da açıq şəkildə tənqid edib.

Özbəkistana sovet dövründən rəhbərlik edən Karimovun hakimiyyəti illərində ölkə iqtisadiyyatında durğunluq yaranmışdı. Özbəkistan beynəlxalq aləmdən tamamilə təcrid olunmuşdu.

Mirziyoyev hakimiyyətə gələndən ölkəyə gəliş üçün viza qaydalarını sərbəstləşdirib, tələbələrin məcburi pambıq yığımına cəlb olunmasını qadağan edib, bir sıra jurnalist və dissidentləri həbsxanalardan buraxdırıb.

Bundan başqa ölkədə xarici valyuta mübadiləsi üzərindəki dövlət nəzarəti qaldırılıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo