10:46, 12 Oktyabr 2018 (Cümə) 317

Zamirə Hacıyevanın xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

Zamirə Hacıyevanın xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər.

Bu barədə Böyük Britaniya Milli Kriminal Agentliyi (NCA) məlumat yayıb.

Böyük Britaniya Milli Kriminal Agentliyinin İqtisadi cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Donald Tunun (Donald Toon) sözlərinə görə, Böyük Britaniya Ali Məhkəməsi Zamira Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini müəyyənləşdirərsə, ondan alınaraq müsadirə olunmuş bütün əmlak və pul ölkəsinə qaytarılacaq.

Dövlət bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı on il ərzində Londonun məhşur dükanı Harrods-da 21 milyon dollar xərcləyib.

"BBC Azərbaycan” xidməti xəbər verir ki, Britaniyada Məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib. 

55 yaşlı Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır.