17:07, 25 Aprel 2018 (Çərşənbə) 48

Zakir Həsənov Çinə gedir

Zakir Həsənov Çinə gedir
Müdafiə naziri Zakir Həsənovun aprelin 26-da Çin Xalq Respublikasına (ÇXR) səfər edəcəyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, səfər Çinin Dövlət Şurasının üzvü, Milli Müdafiə naziri Vey Fenxenin dəvəti ilə baş tutacaq.

Rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyi ilə görüşlər gözlənilir. Bu görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və başqa məsələlərin müzakirəsi nəzərdə tutulub.

Səfər zamanı Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə ziyarət də gözlənir.