17:13, 22 May 2018 (Çərşənbə axşamı) 108

Yunanıstana maliyyə yardımı dayandırılacaq

Yunanıstana maliyyə yardımı dayandırılacaq
Avrozona ölkələri daha Yunanıstana yardım ayırmayacaq.

"Report" xəbər verir ki, Yunanıstana yardım bu illin avqust ayında, maliyyə yardımı üzrə III proqramın icrası başa çatdıqdan sonra dayandırılacaq.

Proqram üzrə sonuncu tranş gələn ay həyata keçiriləcək. Tranşın məbləği hələ ki, məlum deyil.