21:40, 23 May 2018 (Çərşənbə) 87

Yuliya Skripal ilk müsahibəsini verib

Yuliya Skripal ilk müsahibəsini verib
Martın 4-də İngiltərənin Solsberi şəhərinə atası ilə birgə sinir iflic edici maddə ilə zəhərlənən Yuliya Skripal sui-qəsd cəhdindən sonra ilk dəfə müsahibə verib.

"APA"-nın xəbərinə görə, Rusiya səfirliyinin yardımına ehtiyacı olmadığını deyən 33 yaşlı qadın uzunmüddətli perspektivdə ölkəsinə dönməyə ümid etdiyini bildirib.

"Bəxtimiz çox gətirdi ki, bu sui-qəsd cəhdindən sağ çıxdıq. Bizim sağalmağımız çox çətin və ağır idi", deyə Y.Skripal qeyd edib.

Qeyd edək ki, Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında  xəstəxanadan buraxılıb.