10:28, 04 Aprel 2018 (Çərşənbə) 131

"YouTube"un ofisinə hücum edən qadın azərbaycanlı imiş- YENİLƏNİB



/ DÜNYA
"YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub.
 
Toplum Tv qafqazinfo-ya istinadən xəbər verir ki, Nasim Ağdam adlı qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsi olmadığı bildirilir. 
 
Təklikdə hərəkətedən qadın 4 nəfəri yaralayıb, onların birinin vəziyyəti kritikdir. Ölmüş halda tapılan qadının intihar etdiyi güman edilir. 
 


Yerli KİV-in polisə istinadən yaydığı məlumata görə, insidentin terrorla əlaqəsi yoxdur. İlkin ehtimala görə, atışmaya səbəb məişət davası olub.  
 
Xarici media Nasim Ağdam adlı qadının Cənubi Azərbaycandan olduğu və YouTube-da bloger fəaliyyəti ilə məşğul olduğunu yazır. Adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var.  Qadının atası İsmayıl Ağdam bildirib ki, şirkət YouTube-dakı videolarına görə pul ödəməkdən imtina etdiyi üçün qızı şirkətə qarşı aqressiv olub. 
                                     
                                                                                   ***
Youtube videoportalının Kaliforniyadakı qərargahına hücumda şübhəli qadının özünə açdığı atəşdən sonra ölü tapıldığı bildirilir. Məlumatı aprelin 3-də axşam San Bruno polisinin rəisi Ed Barberini verib.

Polis deyir ki, qadın özünü vurmamışdan öncə YouTube-un San Fransiskodakı ofisinin 3-4 əməkdaşını yaralayıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

San Francisco baş xəstəxanasının sözçüsü üç xəstə qəbul etdiklərini, ikisinin ağır, birinin nisbətən yaxşı durumda olduğunu söyləyib. Sözçü Brent Endryu əlavə xəstələr gözlədiklərini, ancaq onların vəziyyətindən xəbərdar olmadığını deyib.

YouTube ofisindən və yaxınlıqdakı binalardan işçilər çıxarılıb. Yeri televiziyada yayımlanan görüntülərə görə, onlar binalardan əllərini qaldırmış vəziyyətdə çıxıblar.

Şahidlər hadisə yerinə vertolyotların, polisin SWAT komandalarının cəlb olunduğunu bildirir.

Barberini təhqiqat getdiyini, təhlükəsizlik qüvvələrinin "hələ də binanı təmizləməkdə olduğunu” söyləyib.

Ağ evin məlumatına görə, prezident Donald Tramp-a informasiya verilib və onun administrasiyası San Brunodakı durumu izləyir.