Sosial

Yevlax xəstəxanasında yanğın olub, xəstələr köçürülüb - YENİLƏNİB

27 İyul, 2017
823
 
Fövqəladə Hallar Nazirliyi Yevlax xəstəxanasında baş verən yanğınla bağlı yaydığı yekun məlumatda bildirilir ki, Yevlax şəhərində Səhiyyə Nazirliyinə məxsus dördmərtəbəli Rayon Mərkəzi Xəstəxanasının 1-ci və 4-cü mərtəbələrində şaxta boyunca elektrik kabelləri 15 p.m, hər mərtəbəsində 20 m2 sahədə kabellər və 2-ci mərtəbəsində 4 ədəd oturacaq qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xəstə xilas, 20 nəfər xəstə isə təxliyyə edilib.
 
Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Bu gün, iyulun 27-də Yevlax Mərkəzi Xəstəxanasında yanğın baş verib. 

İlkin məlumatda yanğının xəstəxananın 4-cü mərtəbəsində baş verdiyi söylənir. Hadisə vaxtı xəstəxanada 50-dək xəstənin olduğu bildirilir.

Yanğının bir saata kimi davam etdiyi deyilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən maşınları yanğını nəzarətə alıblar.

Yanğın nəticəsində xəstələrin, xəstəxana personalının xəsarət almadığı, onların zamanında təxliyə edildiyi bildirilir.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının tabe olduğu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti də bu haqda məlumat yayıb.

Məlumatda vurğulanır ki, agentliyin direktoru da hadisə yerinə gedib. Stasionar müalicə alan xəstələrin Mingəçevir Mərkəzi Xəstəxanasında yerləşdirilməsi təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında isə bildirilir ki, xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə dörd oturacaq yanıb.

Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyə olunub. Ölən və xəsarət alan yoxdur.

«Report»un xəbərində isə bildirilir ki, yanğına görə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya uğrayıb.

Təcili tibbi yardım maşınının yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirdiyi, yol kənarındakı maneəyə çırpılaraq yararsız hala düşdüyü deyilir. Maşındakı xəstələrin taksi ilə xəstəxanaya çatdırıldığı qeyd edilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo