20:50, 20 Aprel 2018 (Cümə) 140

Yerevanda 200-dən artıq aksiya iştirakçısı saxlanıb

Yerevanda 200-dən artıq aksiya iştirakçısı saxlanıb
Aprelin 20-də Ermənistanın paytaxtı Yerevan şəhərində  keçirilən etiraz aksiyasında tutulanların sayı 233 nəfərə çatıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin Analitika bölməsinin rəisi Edqar Canoyan bildirib.

Bir müddət əvvəl isə polis tutulan aksiya iştirakçılarının sayının 217 nəfər olduğuna dair məlumat yaymışdı.

Aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və Yerevanda hərəkəti iflic etməyə çağırıb. Aprelin 19-da keçirilən mitinqdə üç min nəfər işrtirak edib və həmin gün 123 müxalifətçi tutulub. Ümumiyyətlə, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.