20:11, 23 Aprel 2018 (Bazar ertəsi) 175

Yeni təhsil naziri təyin olundu

Yeni təhsil naziri təyin olundu
Ceyhun Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin olunub.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-də "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda təhsil naziri kimi Ceyhun Bayramovun adı qeyd edilir.

Hazırda nazir səlahiyyətlərini icra edən Ceyhun Bayramov buna qədər təhsil nazirinin müavini vəzifəsini daşıyırdı.

Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra təhsil naziri vəzifəsini C.Bayramov icra edirdi.