Sosial

Yeni təhlükəli mobil virus yayılıb - XƏBƏRDARLIQ

20 İyul, 2017
543
"Android” istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb. Virus "Google”un rəsmi tətbiqlər mağazası olan "Play Store”-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "LeakerLocker” adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.

Artıq minlərlə "Android” istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz” - deyə yazı peyda olur.

"McCafe” kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker” təhlükəsi "Play Store”dakı iki tətbiqdə "Wallpapers Blur HD ” və "Booster & Cleaner Pro” proqramlarında aşkar edilib. "McCafe” şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google” şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq "LeakerLocker”un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.

Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:

Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
"Play Store”da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.
Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.

Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt”inə zəng etməyiniz və ya "team@cert.az” elektron ünvanına yazmağınız tövsiyə olunur.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo