23:38, 12 Fevral 2018 (Bazar ertəsi) 148

Yeni su anbarları tikiləcək

Yeni su anbarları tikiləcək
Azərbaycanda yeni su anbarları tikiləcək.

APA-nın məlumatına görə, bu, fevralın 12-i prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. 

Dövlət Proqramına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyi 2018–2025-ci illərdə çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisini (Viləşçay su anbarının 2-ci növbəsinin, Boladıçay, Viravulçay  və digər su anbarlarının tikintisi) həyata keçirməlidir.