13:12, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 378

Yeni avtomobil yolu açıldı

Yeni avtomobil yolu açıldı
Prezident İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4-dür.

Ümumilikdə magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yol ötürücüsü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdan beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.