Dünya

"Yəməndəki aclıqla mübarizədə uduzuruq" - BMT

24 Sentyabr, 2018
1269
BMT-nin humanitar məsələlər üzrə başçısı cümə günü xəbərdarlıq edib ki, yardım işçiləri müharibənin viran etdiyi Yəməndə " aclığa qarşı mübarizədə məğlub olur”.

"Vəziyyət son həftələrdə narahatedici dərəcədə pisləşib. Biz elə bir nöqtəyə yaxınlaşırıq ki, ondan sonra ölkə boyu geniş yayılan aclıq səbəbilə kütləvi insan ölümünün qarşısını almaq mümkün olmaya bilər”– deyə, BMT-nin Humanitar Məsələlər və Təcili Yardım üzrə katibinin müavini Mark Loukok Təhlükəsizlik Şurasına bildirib.

BMT artıq bir ildək çoxdur Yəməndə ərzaq böhranı təhlkəsindən xəbər verir. Loukok deyib ki, Yəmənin dərinləşən iqtisadi problemləri vəziyyəti pisləşdirib

Milyonlarla yəmənli artəq mütəmadi olaraq maaş almır, buna dvölət qulluqçuları da daxildir ki, onlara iki ildir maaş verilmir. Son ayda yerli valyutanın dəyəri 30 faiz azalıb və beləcə dünyanın ən yoxsul ölkələrindən biri olan Yəməndə iqtisadi böhran dərinləşib.

"Yəməndə istehlak olunan ərzaqların demək olar hamısı idxal olunduğu üçün, yardım agentliklərinin əli uzanmadığı 10 milyon yəmənli üçün ərzaqların qiyməti artacaq” – Loukok deyib.

O söyləyib ki, humanitar işçilər artıq aclıqa bənzər vəziyyət müşahidə etməyə başlayıb. Buna başqa heç bir yemək mənbəyi olmayan insanların yarpaqlar yeməsi daxildir.

Hazırda yardım işçiləri hər ay 3 milyon insana yardım edir, amma Loukok deyir ki onlar bu rəqəmi 8 milyona artırmağa ümid edir. Lakin bu da, ehtiyacı olan insanların yalnız bir hissəsidir. BMT-nin məlumatına görə, 18 milyon yəmənli ərzaq çatışmazlığı ilə üzləşir, onlardan 8 milyonunun vəziyyəti çox pisdir.

Ərzaq çatışmazlığına səbəb olan bir digər məsələ Qırmızı Dəniz sahilində yerləşən strateji Hodeida limanında intensivləşən döyüşlərdir.

Hodeida Yəmən üçün həyati önəm daşıyır. Ölkə ərzaq, yancaq və dərmanların 90 faizini idxal edir. Həmin malların 70 faizi isə ölkəyə bu liman şəhərdən daxil olur. Husis son iki ildir Hodeidaya nəzarət edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə limanın nəzarətini onların əlindən almaq üçün hərbi əməliyyatlarını artırıb.

Üsyançılara qarşı beynəlxalq silah embarqosuna baxmayaraq, koalisiya onları limandan istifadə edərək ölkəyə silah daxil etməkdə ittiham edir. Husilər isə bu ittihamları rədd edir.

Yardım səyləri yaxşı maaliyyələşdirilib. Bu il onlara 2.6 milyard dollar pul ayırılıb. Buna hava hücumları həyata keçirən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin böyük miqdarda verdiyi ianələr daxildir.

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2015-ci ilin mart ayında Yəmən hökümətinə dəstək məqsədilə Husi üsyançılarını bombalamağa başladı. BMT o zamandan bəri, 10 mindən çox insanın öldürüldüyünü təxmin edir. Onların çoxu hava hücumları nəticəsində öldürülüb.

Amerikanın Səsi

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo