20:28, 23 İyun 2018 (Şənbə) 249

Yavər Camalov vəfat edib

Yavər Camalov vəfat edib
Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən vəfat edib.

Məlumatı nazirin yaxınları yayıb.

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə "Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

2006 - cı ildən müdafiə sənayesi naziri idi.

2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.