19:15, 19 Oktyabr 2017 (Cümə axşamı) 38

Yaşayış binasındakı yanğınla bağlı təqsirləndirilənlərin şikayəti təmin edilməyib

Yaşayış binasındakı yanğınla bağlı təqsirləndirilənlərin şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
APA-nın xəbərinə görə, vəkil Şahmar Məmmədov hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilmədiyini bildirib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyənləşib.
 
Məhkəmə öz təşəbbüsü ilə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb.
 
Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan evin, M. Mahmudovun torpaq sahələrinin, mənzillərinin, digər təqsirləndirilənlərin əmlaklarının müsadirə olunmasına qərar verilib. İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyənləşməyib.

Xatırladaq ki, 2015-ci il mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasınd baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.