10:31, 02 Oktyabr 2018 (Çərşənbə axşamı) 144

Yaponiyada hökumət tam tərkibdə istefaya gedib

Yaponiyada hökumət tam tərkibdə istefaya gedib


/ DÜNYA
Yaponiyada hökumət tam tərkibdə istefaya gedib.

Bu barədə NHK telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb ölkənin baş naziri Sindzo Abenin yeni Nazirlər Kabinetini formalaşdırmasıdır. Telekanalın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibi yaxın saatlarda açıqlanacaq.

Qeyd edilir ki, ölkənin əvvəlki Nazirlər Kabinetindəki 18 nazirdən cəmi 3-ü öz vəzifələrində qalacaqlar.

Abe sentyabrın 20-də üçüncü dəfə ölkənin hakim Liberal Demokrat Partiyasının sədri vəzifəsinə seçilib.