16:25, 15 Fevral 2018 (Cümə axşamı) 100

Yanvarda 433 deportasiya qərarı çıxarılıb

Yanvarda 433 deportasiya qərarı çıxarılıb
Yanvar ayında Dövlət Miqrasiya Xidməti qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1635 qərar qəbul edib. Rəsmi hesabata görə, inzibati cərimə tətbiqi ilə bağlı 1052 qərar qəbul edilib. Ölkədən çıxarılmaqla inzibati cərimə tətbiqi ilə bağlı 433, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulması ilə bağlı 94, müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 25, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya Azərbaycanda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 31 qərar olub.

Yanvarda Dövlət Miqrasiya Xidməti əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6652 müraciət alıb.

Olduğu yer üzrə qeydiyyatla bağlı 55962 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edib.