11:20, 12 İyun 2018 (Çərşənbə axşamı) 88

Yağış Tbilisidə fəsadlar törədib

Yağış Tbilisidə fəsadlar törədib


/ DÜNYA
Gürcüstanın paytaxtı Tbilisidə yağan güclü yağış ciddi problemlər yaradıb.

APA-nın məlumatına görə, şəhərin Qldani və Saburtalo rayonlarında əksər küçələri və Axmeteli metro stansiyasının yeraltı keçidini su basıb. Qldani rayonunun bir hissəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb.

Güclü yağış səbəbindən Tbilisinin bəzi küçələrində nəqliyyatın hərəkətində problem yaranıb.