14:43, 20 Aprel 2018 (Cümə) 162

Yağış, külək, dolu gözlənilir

Yağış, külək, dolu gözlənilir
Aprelin 21-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi vurğulanır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.


Aprelin 21-də Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənir. Gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.






azadliq.org