İqtisadiyyat

“Xoşbəxtlər ölkəsi” liderdir, bəs "odlar ölkəsi"? - Sosial İnkişaf İndeksi (İNFOQRAFİKA)

21 Avqust, 2017
1993
"The Social Progress Imperative” tərəfindən 2017-ci ilin Sosial İnkişaf İndeksi (Social Progress İndex 2017) açıqlanıb.

İndeks 128 ölkə üçün 50 göstərici (indikator) əsasında hesablanıb. 

İndikatorlar 3 kateqoriyada incələnir. Bu kateqoriyalar  ilkin ehtiyaclar, rifahın əsas meyarları və fürsətlər olaraq sıralanır. 

"Xoşbəxtlər ölkəsi” yenə hamını qabaqlayıb…

Siyahıya Danimarka (90.57 xal) başçılıq edir. Gümüş medal  onun qonşusu Finlandiyaya (90.53)  qismət olub. İslandiya və Norveç (90.27) isə 3-cü yeri birlikdə bölüşdürür.

İsveçrə, Kanada, Niderland, İsveç, Avstraliya və Yeni Zelandiya da ilk 10-luqda yer alıb.

Siyahıda sondan birinci yeri Mərkəzi Afrika Respublikası, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Əfqanıstan və Çad tutur.

Regionlar üzrə liderlər

Avropanın lideri siyahının da lideri olan Danimarkadır. 
Cənubi Amerikanın birincisi  Çili, Şimali Amerikanın lideri Kanadadır. 
Yaponiya Asiya liderliyini əlində saxlayır. Avstraliya qitəsində  isə durum heç-heçədir , Yeni  Zelandiya və Avstraliya eyni reytinqə malikdir. 

10-luğa düşməyən liderlər 

Almaniya 10-luğa düşməsə də , çox yüksək inkişaf göstəricisi ilə 13-cü yerdə qərarlaşıb. İngiltərə Almaniyanı bir pillə qabaqlayır. Amerika Birləşmiş Ştatları isə Yaponiya və Fransa arasında  18-ci yerdədir. Çin siyahıda xeyli geridə, 83-cü yerdədir. 

Bəs "odlar ölkəsi"?

Azərbaycan  Əlcəzair və Mərakeş arasında Qırğızıstanla birlikdə 76-cı yerdə qərarlaşıb. 65.33 reytinq xalı olan ölkəmiz aşağı orta səviyyəli sosial inkişafa malik ölkələr siyahısındadır. Bu siyahıya  Nikaraqua, El-Salvador, Qvatemala kimi Cənubi Amerika və Qazaxıstan, Türkmənistan,  Çin kimi Asiya ölkələri daxildir.

"Qonşular”dan geri qalırıqmı?

Azərbaycan qonşularından yalnız İranı qabaqlaya bilib. İran siyahıda 88-cidir. Rusiya isə ilk 67-likdədir.
Türkiyə 61-ci yerdə qərarlaşıb. Ermənistan göstəricisinə görə Türkiyəni qabaqlasa da, Gürcüstanı qabaqlaya bilməyib. Ermənistan 59-cu, Gürcüstan 53-cüdür.

Qafqaz ölkələri ilə  müqayisədə Azərbaycan…

İndikator kateqoriyalarını ayrıca nəzərdən keçirək: 

İlkin ehtiyaclar

İlkin ehtiyaclar kateqoriyasına qida və ilkin tibbi yardım, su və sanitariya ehtiyacları, sığınacaq və şəxsi təhlükəsizlik ehtiyacları daxildir.
(1 nomrəli infoqrafika)

Qrafikdən göründüyü kimi ehtiyacların ödənməsinə görə  Gürcüstan Qafqazda liderdir, Azərbaycan  isə sonuncudur. Ölkələrin  ümumi sıralamasında  Gürcüstan 44, Ermənistan 47, Azərbaycan 56-cı yerin sahibidir. 
 


Rifahın əsas meyarları

Bu kateqoriyaya bilgi çatımlılığı, sağlamlıq, informasiya və kommunikasiya,  sağlam ətraf-mühit daxildir.
(2 nomrəli infoqrafika)

Bu kateqoriyada Ermənistan hətta Gürcüstanı qabaqlayır. Azərbaycan isə yenə də sonuncudur. Ümumi sıralama Gürcüstanla  Azərbaycan arasında fərqin böyük olmadığını göstərir. Belə ki, Gürcüstan 65-ci, Azərbaycan 66-cıdır. Ermənistan isə 54-cü yerdədir.
 
 

Fürsətlər

Azadlıq və seçim, şəxsi hüquqlar, təhsil çatımlılığı, tolerantlıq və inklüzivlik fürsətlər kateqoriyasında əsas götürürlür.
(3 nomrəli infoqrafika)

Yenə də görürük ki, vəziyyət  bizim xeyrimizə deyil. Fürsətlər baxımından ümumi sıralamada Gürcüstan 51, Ermənistan 91, Azərbaycan 104-cü yerdədir.
 


Qafqazın autsayderi...

 (4 saylı infoqrafika)
 


Azərbaycan bu kateqoriyalar üzrə ümumi göstəricidə də Qafqaz üzrə sonuncudur.

Ölkələrin ümumi sıralamasında isə yuxarıda  qeyd etdiyimiz kimi Gürcüstan 56, Ermənistan 59, Azərbaycan 76-cı sırada qərarlaşıb.

İzzətxanım Cabarlı
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo