17:50, 07 İyun 2018 (Cümə axşamı) 118

Xırdalan-Binəqədi yolu bağlanacaq

Xırdalan-Binəqədi yolu bağlanacaq
Sabah , iyunun 8-də Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

"Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda bildirilir.