13:13, 05 Oktyabr 2018 (Cümə) 138

XİN mətbuat xidmətinə rəhbər təyin olunub

XİN mətbuat xidmətinə rəhbər təyin olunub
Leyla Abdullayeva Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra edən şəxs təyin edilib, bu barədə sözügedən İdarənin KİV üçün məlumatında deyilir. Karyeraya malik diplomat Abdullayeva 2002-ci ildən XİN-də işləyir.

O, XİN mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Belçikadakı səfirliyində və Aİ yanında nümayəndəlikdə işləyib.

Bundan əvvəl XİN-in mətbuat xidmətinin qadın rəhbəri olmayıb.

XİN-in əvvəlki mətbuat katibi Hikmət Hacıyev ötən ay Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini və bu strukturun müdiri səlahiyyətlərini icra edən şəxs təyin edilib.