Dünya

XİN-lər arasında siyasi məsləhətləşmələr keçirilib

10 Aprel, 2018
1098
Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən "Report"a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bəhreyn Krallığı tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələf Xələfov Bəhreyn nümayəndə heyətini salamlayaraq Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə həmkarına məlumat verib. X.Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyinin qeyd edərək Azərbaycanın Bəhreyn Krallığı ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Nazir müavini X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışan X.Xələfov Azərbaycanla Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektoru, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.

Görüş əsnasında X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yarada biləcəyini qeyd edib.

Şeyx Abdullah bin Əhməd Əl Xəlifə ətraflı məlumata görə dərin minnətdarlığını bildirib və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə və ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bu xüsusda, ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində bir çox böyük tədbirlərə ev sahibliyi etdiyinin təqdirəlayiq hal olduğunu ifadə edib.

Qonaq birbaşa hava əlaqəsinin mövcudluğunun, eləcə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Manama hava limanında viza əldə etmələrinin Azərbaycan və Bəhreyn arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.

X.Xələfov regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkisafina başlıca əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Bəhreynin Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, münaqişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə mümkün olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə ko

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo