13:04, 20 Yanvar 2018 (Şənbə) 196

Xəzərin hüquqi statusuna dair iclas olacaq

Xəzərin hüquqi statusuna dair iclas olacaq
"Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi bu ölkə tərəfindən irəli sürülməli, tarix digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır".

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquq statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov deyib.

"Əvvəl düşünülürdü ki, sammit ilin birinci yarısında keçirilsin. Lakin hər şey Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən asılıdır. Çünki sammiti qəbul edən tərəf onlardır.

Razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırmalıyıq. Buna görə işçi qrupunun görüşü olacaq. Ola bilsin ki, bu görüş fevralda keçirilsin", - deyə X. Xələfov qeyd edib.