20:22, 24 May 2018 (Cümə axşamı) 112

Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparılıb

Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparılıb

Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilib. 

"APA"-nın verdiyi məlumata görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, nazir müavinləri səviyyəsində keçirilən iclasda İşçi qrupunun növbəti görüşü barədə razılıq əldə olunub.

Növbəti görüş isə Qazaxıstanda keçiriləcək. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacağı bildirilib.