Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında belə deyilir.
Danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Şeffer - ABŞ) vasitəçiliyi ilə keçiriləcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
XƏBƏRLƏR