20:10, 20 İyun 2018 (Çərşənbə) 237

Xarici işlər naziri Minskə səfər edir

Xarici işlər naziri Minskə səfər edir
Xarici işlər naziri E.Məmmədyarovun iyunun 21-də Belorusa səfər edəcəyi bildirilir.

"Azadlıq Radiosu" xəbər verir ki, nazir "Şərq Tərəfdaşlığı" ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin qeyri-formal görüşü iyunun 21-i və 22-də Minskdə keçirilməlidir.

Səfər çərçivəsində E.Məmmədyarovun nazirlərin tədbirində çıxışı, habelə ikitərəfli görüşləri planlaşdırıldığı qeyd edilir.

"Şərq Tərəfdaşlığı" proqramına Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.