11:22, 17 Sentyabr 2018 (Bazar ertəsi) 323

Xarici işlər naziri Çinə gedib

Xarici işlər naziri Çinə gedib
Xarici işlər naziri Elmar Məmmədyarov Çinə işgüzar səfər edib.

Bu barədə bu gün, sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda yazılıb. Məlumata görə, səfərdə məqsəd Davos Dünya İqtisadi Forumunun Çin Xalq Respublikasının Tyantszin şəhərində keçiriləcək illik toplantısında iştirak etməkdir. Toplantı sentyabrın 18-da başlayıb, 20-da başa çatmalıdır.

Məlumatda bildirilir ki, nazir E.Məmmədyarov «Avrasiyada inklusiv rəqəmsal inkişaf» adlı paneldə çıxış edəcək və bu sahədə Azərbaycanda görülən işlərdən danışacaq.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Forumun əsasını 1971-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab qoyub. İlk olaraq Avropa İdarəetmə Forumu adlandırılıb. 1987-ci ildən Dünya İqtisadi Forumu adlandırılır. Forum dünya gündəminin ən aktual məsələlərini müzakirə etmək və yeni ideyaları paylaşmaqdan ötrü platformalardan biri kimi düşünülüb.