İqtisadiyyat

Xarici borc niyə artıb ?

22 İyun, 2018
1004
Maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borcunun artmasının səbəblərindən danışıb.

APA-nın xəbərinə görə, nazir bu barədə məsələyə iyunun 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında toxunub.

Nazirin açıqlamasına görə, burada üç səbəb var:

"Bunlar devalvasiya ilə bağlı xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı verilən dövlət zəmanətidir”.

S.Şərifov vurğulayıb ki, borc xarici valyutada götürülür.

O,deyib ki, maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusilə də Azərbaycan Beynəlxlaq Bankı” açıq səhimdar cəmiyyətində (ASC) olan maliyyə cinayətlərinin nəticəsində dövlətə böyük zərbə dəyib:
"Azərbaycan dövləti bankın əmanətçilərinin qorunması məqsədilə bankı xilas etmək qərarına gəlib. Nəticədə bankın heç bir əmanətçisinə zərər dəyməyib. Digər tərəfdən bankda xidmət olunan digər təşkilatlara da ziyan gəlməyib”.

Nazir bildirib ki, maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dolları dövlət öz üzərinə götürüb.

S.Şərifov Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsindən də danışıb:
"Bu layihə ilə bağlı "Cənub Qaz Dəhlizi” şirkətinin 6 milyard dollarlıq borclanması yaranıb. Layihə ilə bağlı əsas risklər tikinti ilə bağlıdır. Məhz buna görə də xarici banklar da şərt qoyular ki, kredit ayrılarkən dövlət zəmanəti verilsin. Dövlət də zəmanəti o şərtlə verir ki, layihə ilə bağlı problem yaransa, dövlət müdaxilə edəcək və o pulları ödəyəcək. Biz dövlət borcunu ödəyərkən orta hesabla 10 faizə yaxın şərti öhdəlik yaradırıq...” – deyə S. Şərifov qeyd edib.

Maliyyə Nazriliyi bildirir ki, 2018-ci il yanvarın 1-də Azərbaycanın 9,398.3 miloyn dollar xarici borcu olib. 2017-ci ilin əvvəlində isə borc 6,913.2 milyon ABŞ dolları təşkil edirdi.Bu ilin 6 ayında da xarici borcun artdığı deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo