İqtisadiyyat

Xarici borc 9,6 milyard dollardır

13 İyun, 2018
1087
2018-ci il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 9 milyard 600 milyon ABŞ dolları, borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 22 faiz olub. Məlumatı Maliyyə Nazirliyinə istinadla Report.az yayıb.

1 yanvar 2018-ci ilə xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları, ÜDM-ə nisbəti 22,8 faiz idi.

1 yanvar 2011-ci ilə xarici borcun həcmi 3 milyard 857,3 ABŞ dolları olub. Maliyyə Nazirliyi borcun ÜDM-ə nisbətini 7,42 faiz göstərib.

1 yanvar 2012-ci ilə xarici dövlət borcu 4 milyard 816,7 milyon ABŞ dollarına yüksəlib, onun ÜDM-ə nisbəti 7,6 faiz təşkil edib.

1 yanvar 2013-cü ilə xarici dövlət borcu 5 milyard 708,4 milyon ABŞ dollarına, xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,3 faizə qalxıb.

1 yanvar 2014-cü ilə olan hesabata görə, xarici dövlət borcu 4 milyard 753,2 milyon manat olub, onun ÜDM-ə nisbəti 8,2 faizə enib.

1 yanvar 2015-ci ilə xarici dövlət borcu 6 milyard 478,2 milyon ABŞ dolları (5 milyard 81,5 milyon manat) olub.

1 yanvar 2016-cı ilə olan rəsmi hesabata görə, Azərbaycanın xarici dövlət borcu 6 milyard 894,3 milyon ABŞ dollarına, onun ümumi daxili məhsula nisbəti 19,8 faizə yüksəlib.

1 yanvar 2017-ci ilə xarici dövlət borcu 6 milyard 913,2 milyon ABŞ dolları, borcun ÜDM-ə nisbəti 20,4 faiz olub.

Novator.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo