Sosial

Xaricdən ölü donor gətiriləcək

5 İyun, 2018
910
Azərbaycanda ölü donorun və orqanlarının xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək. Lent.az bildirir ki, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

Azərbaycanda transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı da müəyyənləşib.

Belə ki, dəyişikliyə görə, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə-bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Sözügedən qanun layihəsi ilə bağlı Lent.az-ın suallarını cavablandıran tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirir ki, hazırda Azərbaycanda meyitdən orqan götürərək orqan transplantasiyası icra olunmur: "Müzakirə olunan qanun layihəsi ölkəmizdə də yaxın gələcəkdə meyit orqanlarından orqan köçürülməyə başlanılması məqsədi güdür. Şəxsi fikrim budur ki, bütün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əgər orqan bağışlanacaqsa, o zaman transplantasiya ilk növbədə  Azərbaycan vətəndaşına verilməlidir”.

Hansı orqan transplantasiyası ilə bağlı müraciətlərin çox olması sualını da cavablandıran M.Kazımi bildirir ki, bununla bağlı dəqiq rəqəm demək çətindir: "Məsələ burasındadır ki, hazırda Azərbaycanda ağciyər, qaraciyər, böyrək, mədəaltı vəzi, ürək və sair orqanların transplantasiyasına ehtiyac var. Biz hazırda sadəcə canlı donordan orqan transplantasiyası etdiyimizə görə, bu ehtiyac daha da çoxdur. Bilirsiniz ki, xəstəliklərin sayı çoxdur, xəstəliklər gəncləşir və buna görə də bütün orqanların transplantasiyasına ehtiyac var”.

Həkim məlumat verdi ki, rəhbərlik etdiyi şöbədə 2008-ci ildən orqan transplantasiyası əməliyyatı icra edilir: "Canlı, qohum donorlarından istifadə edirik. Bizdə yalnız qaraciyər və böyrək transplantasiyası icra olunur. Bu günə qədər ümumilikdə transplantasiya etdiyimiz şəxslərin sayı 600-ü keçib. Onların içərisində 125-i qaraciyər transplantasiyası əməliyyatı, digərləri isə böyrək transplantasiyasıdır”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo