16:34, 17 May 2018 (Cümə axşamı) 272

Xaləddin İsgəndərov işdən çıxarıldı

Xaləddin İsgəndərov işdən çıxarıldı
Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub.  AzərTAc xəbər verir ki, bu haqda prezident İlham Əliyev sərəncam verib.

Artıq Xaləddin İsgəndərov işçilərlə vidalaşıb.

Xaləddin İsgəndərov musavat.com-a xəbəri təsdiqləyib: "Xəbər düzdür. Artıq işsizəm. ”

Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, "heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat alıb. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir.