Siyasət

Vətəndaş cəmiyyəti fəalları Ramil Usubova müraciət edib

1 İyun, 2018
774
Jurnalist Xədicə İsmayıl 100 Vətəndaş cəmiyyəti fəalının Daxili İşlər Naziri Ramil Usubova müraciət etdiyini bildirib.
 
"Facebook” sosial şəbəkəsindəki profilində bu barədə yazan jurnalist bildirib ki, müraciət sabah birbaşa nazirliyə çatdırılacaq.

Müraciətdə deyilir:

"28 may, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə bir qrup vətəndaş cəmiyyəti təmsilçilərinin təşəbbüsü ilə Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı ilə İstiqlaliyyət abidəsi və ətrafında gəzintisi təşkil olunmuşdur. 
Bu gəzintidə iştirak edən bir neçə fəal, vətəndaş cəmiyyəti təmsilçisi son iki gündə inzibati qaydada həbs ediliblər. Onlar müxtəlif inzibati pozuntularda, xüsusi ilə də "ünvansız söyüş söymək”, "küçələri zibilləmək” kimi pozuntularda ittiham edilirlər. Həmin şəxslərin həbsi üçün rəsmi şəkildə qeyd olunan bəhanənin uydurma olduğuna, onların bayram tədbirində iştiraka görə cəzalandırıldığına heç bir şübhəmiz yoxdur.

Cənab nazir, əgər 100 il bundan öncə, müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın yaranmasının 100-cü ilini bayram əhvalında qeyd etmək, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, demokratik cümhuriyyəti böyük çətinliklərlə qurmuş dahi şəxsləri hörmətlə anmaq inzibati pozuntudursa, biz də həmin üçrəngli bayrağımıza, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, cümhuriyyət dəyərlərinə sevgimizi və hörmətimizi ifadə edirik və hüquq pozuntusu sayılırsa, bizi də buna görə məsuliyyətə cəlb etməyinizi xahiş edirik”.

Mayın 29 və 30-da ReAL partiyasının dörd üzvü məhkəmə qərarları ilə 30 sutkalıq həbs ediliblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo