14:44, 17 May 2018 (Cümə axşamı) 176

Vəsilə Vahidqızına vəzifə verildi

Vəsilə Vahidqızına vəzifə verildi
Jurnalist Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edilib.

Vəsilə Vahidqızı Laçın rayonunda doğulub. BDU-nun jurnalistika fakültəsini bitirib.

1992-2002-ci illərdə Azərbaycan Televiziyasında, 2002-2003-cü illərdə "İnternyus-Azərbaycan” İctimai Birliyində, 2004-cü ildə "Space” TV-də çalışıb. 2005-ci ildən İctimai Televiziyada işləyib, "Ortaq məxrəc”, "Müzakirə vaxtı” verilişlərinin aparıcısı olub, anons şöbəsinə başçılıq edib.

Bir neçə sənədli filmin ssenari müəllifidir.

2011-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatını alıb. 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mayın 17-də yaydığı rəsmi məlumata görə, komitə İctimai Televiziya ilə birgə ixtisaslaşmış televiziya proqramı təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.
APA