Dünya

Venesuelada 15 nəfərdən çox etirazçının öldürüldüyü bildirilir

24 Yanvar, 2019
952
Venesuelada hökumət əleyhinə mitinqlərdə 15 nəfərdən çox adamın öldürüldüyü bildirilir.

"Euronews” telekanalının məlumatına görə, bunu Venesuelada sosial münaqişələrin monitorinqini aparan QHT bildirib. 

Venesuela Milli Assambleyasının (parlament) sədri Xuan Quaido özünü ölkənin müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edən şəxs elan edib. O, həlak olanların ailələrinə başsağlığı verib və prezident vəzifəsini müvəqqəti icra edən şəxs kimi and içib.

Şimali və Cənubi Amerika ölkələrini özündə birləşdirən Amerika Dövlətləri Təşkilatı Xuan Quaidonu Venesuelanın yeni lideri kimi tanıyıb.

Bundan başqa Latın Amerikasının ayrı-ayrı ölkələri də onu prezident qismində tanıyıblar. Meksika rəsmiləri bəyan ediblər ki, venesuelalılar onları idarə edəcək hakimiyyəti qanuni mexanizmlər vasitəsilə seçməlidirlər.

Venesuelanın prezidenti Nikolas Maduro əleyhinə aksiyalar onun yanvarın 10-da prezident kimi and içərək, ikinci dəfə bu vəzifələri icra etməyə başladıqdan sonra start götürüb.

N.Maduro 2018-ci ilin mayında keçirilən seçkilərdə qalib elan edilib, andiçmə mərasimini isə 2019-cu il yanvarın 10-da keçirib.

Müxalifət seçiciləri nəticələrinin Maduronun xeyrinə olacağının əvvəlcədən məlum olan seçkiləri boykot etməyə çağırıb.

Seçkilərin legitimliyi və şəffaflığı ABŞ və Avropa İttifaqında suallar yaradıb və seçkilərin nəticələri tanınmayıb.

Tərəfdaşları qarşısında çıxış edən N.Maduro ABŞ-ın Venesueladan getməli olduğunu və ABŞ-ın Venesuelanıın siyasətinə və iqtisadiyyatına müdaxilə etməsindən təngə gəldiyini bəyan edib.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo