Siyasət

Vəkillər Kollegiyası jurnalistlərə cavab verdi

16 Mart, 2018
913
Vəkillər Kollegiyasının Rəyasət Heyəti jurnalist Xədicə İsmayıl və Aynur Elgünəşin kollegiyanı məhkəməyə verməsi məsələsinə münasibət bildirib.

Jurnalistlər hüquqi yardım üçün müqavilə bağladıqları vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması və nəticədə onların müdafiə hüququnun pozulması iddiası ilə məhkəməyə üz tutublar.

Vəkillər Kollegiyasının rəhbərliyi isə hesab edir ki, adları çəkilən jurnalistlər məhkəmədən öncə Kollegiyaya müraciət etməliydi:

"Əgər onların hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmasaydı, bu zaman onlarının iddiaları iftiradan uzaq və tutarlı hesab olunardı".

Vəkillər Kollegiyasının Rəyasət Heyəti hesab edir ki, jurnalistlərin məhkəmə iddiası "son dövrlər vəkillik sahəsində aparılan mütərəqqi islahatlara qara yaxmağa, Vəkillər Kollegiyasının nüfuzunun aşağı salınmasına hesablanmış addımdır".

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, Kollegiyanın üzvləri qanuna əsasən, ona müraciət edən şəxslərin siyasi baxışlarından, hər hansı təşkilata mənsubiyyətindən və s. asılı olmayaraq, istənilən şəxsə keyfiyyətli və peşəkar hüquqi yardım göstərir.

İddiaçı jurnalistlərdən Xədicə İsmayıl deyir ki, Vəkillər Kollegiyası tamamilə yanlış mövqedədir:

Bu açıqlama onların bizim müdafiə hüququmuza hörmətsizliyindən irəli gəlir. Vəkili seçmək və istədiyi şəkildə müdafiə olunmaq bizim hüququmuzdur. Müdafiə taktikamın ardıcıllığı da mənim hüquqlarımdan biridir. Mən müdafiəmi ilk gündən müqavilə bağladığım və işimlə bağlı məlumatlı olan vəkilə həvalə etmək istəyirəm. Bu zaman iş daha keyfiyyətli olar. Mənim keyfiyyətli müdafiə hüququm var və məni bu keyfiyyətli müdafiədən Vəkillər Kollegiyasının hansısa bir qərarı məhrum edirsə, mənim o qərarları mübahisələndirmək haqqım var. Məsələn, Vergilər Nazirliyi ilə bağlı olan işimdə məni Yalçın İmanov təmsil edir. O, bu işdə məlumatlıdır, çünki daha öncə də mənim bir neçə işimi aparıb. Avropa Məhkəməsinə şikayətlərimi də Yalçın İmanov yazıb. Ona görə mənim haqqım var ki, bu işlər barədə daha çox məlumatı olan və məni bu işlə bağlı daha keyfiyyətli müdafiə təşkil edə biləcək vəkil təmsil etsin. Amma iş bundadır ki, Apelyasiya Məhkəməsində Yalçın İmanov məni təmsil edə bilməyəcək. Ona görə mənim müdafiə hüququm pozulmuş olacaq. Mən bunda Vəkillər Kollegiyasını günahkar bilirəm".

Aynur Elgünəş də Vəkillər Kollegiyası rəhbərliyinin bu açıqlamasını düzgün hesab etmir. Deyir, məhkəməyə müraciət etmək onun haqqıdır:

"Kollegiya mənim məhkəməyə müraciətimə aqressiv reaksiya verib. Bu davranışları onu tənqid edənlərə münasibətini göstərir. Bundan əlavə, iftirada suçlamaqla özləri bizə böhtan atırlar. Mən hazırda istintaq altındayam. Sonuncu dəfə dindirilmədə Yalçın İmanovla birlikdə iştirak etmişəm. O, baş verənləri daha dərindən bilir və müdafiəmi bu istiqamətdə qurub. Məhkəmə proseslərində onun iştirakını istəməyim mənim haqqımdır. Mən Vəkillər Kollegiyasının təklif etdiyi vəkillərə güvənmirəm".

Martın 13-də müstəqil jurnalist Xədicə İsmayıl və Aynur Qənbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə vermələri ilə bağlı açıqlama vermişdilər.

Səbəb Vəkillər Kollegiyasının onların hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov haqqında verdiyi qərardır.

Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Jurnalistlər bu qərarın onlara həm maddi, həm də mənəvi ziyan vurduğunu deyirlər.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.
Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo