Siyasət

Vəkil "Nardaran məhbusları" ilə görüşüb

24 Oktyabr, 2017
500
Oktyabrın 24-də vəkil Cavad Cavadov Qobustanda qapalı həbsxanada cəza çəkən Taleh Bağırzadə, Mövsüm Səmədov və Abbas Hüseynovla görüşüb.

Vəkilin deməsinə görə, Taleh Bağırzadə saxlama şəraiti ilə bağlı ictimaiyyətə məlumat vermək istəməyib:

"Əhvalı əladır, həmişə gördüyüm Talehdir, möhkəmdir. Milli Şuranın son mitinqindən əvvəl və sonra icazəli etiraz aksiyasında iştiraklarına görə elm, incəsənət adamlarının, müəllimlərinin, poçt işçilərinin işdən çıxarılmalarına, dindarların buna görə həbs edilməsinə ciddi etirazının çatdırılmasını xahiş etdi”.

Abbas Hüseynov işgəncə şikayətindən 3 ay sonra müayinə olunub.

Vəkilin sözlərinə görə, Abbas Hüseynov isə ona bildirib ki, işgəncə şikayəti ilə bağlı Qaradağ rayon Prokurorluğunun müstəntiqi oktyabrın 21-də ondan izahat alıb:

"O, izahatında bir daha ona işgəncələrin verildiyini təsdiq edib. Bundan sonra onu müstəntiqlə gələn məhkəmə-tibbi eksperti müayinə edib. Ekspertə işgəncə verilən vaxtdan üç aydan artıq vaxt keçdiyini və hazırda hər hansı izlərin qalmadığını bildirib. Lakin vaxtında işgəncə izlərini Qirmızı Xaçın Komitəsinin və Ombudsman Aparatının nümayəndəsinin gördüyünü söyləyib. Bundan bir həftə əvvəl Penitensiar Xidmətdən gələn əməkdaş eyni məzmunlu şikayətləri ilə bağlı ondan izahat almışdı”.

Cavad Cavadovun sözlərinə görə, Abbas Hüseynov saxlanma şəraitinin bərbad olduğunu bildirib:

"Deməsinə görə, saxlanıldığı kamerada kiçik hərəkət tavanın tökülməsinə səbəb olur. Abbas Hüseynov bildirdi ki, ayaq yolu kameranın daxilində açıq vəziyyətdə olduğundan və su sutkada fasilələrlə cəmi 2-3 saat verildiyindən daimi üfunət iyi gəlir. Bundan əlavə, ümumiyyətlə kanalizasiya tez-tez tutulur. Döşəmədən böyük böcəklər çıxır, kamerada siçovullar var.

Abbas Hüseynov onu da dedi ki, həbsxananın müdiriyyəti kameranın təmir olunacağına və ya onun başqa kameraya keçiriləcəyinə söz versə də bunu etməyiblər.

Buna da bax:

O, həmçinin bildirdi ki, abunə olaraq yazıldığı qəzetlər ona verilmir Bununla belə, müsbət hal odur ki, bütün həbsxanaya istiliyin vaxtından əvvəl verildiyini söylədilər”.

Vəkil deyib ki, Mövsüm Səmədov da su problemindən danışıb:

"Su ehtiyatı yığa bilmədiklərinə görə, natəmiz vəziyyətin olduğunu bildirdi”.

Məhbusların bu açıqlamasına, hələlik, Qobustan qapalı həbsxanasından və Penitensiar Xidmətdən, hər hansı münasibət almaq mümkün olmayıb.

"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və onun müavini Abbas Hüseynov Nardaran hadisələri ilə bağlı həbs edilib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırzadə, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bir müddət öncə, əlavə iki nəfərin məhkəməsi başlanıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Bu yaxınlarda "Nardaran məhbusları”ndan 18-i vaxtından əvvəl azadlığa buraxılıb. Onların bəzilərinin azadlığa çıxmasına sayılı günlər qalmışdı.

Abbas Hüseynov ayrıcı Qobustan Qapalı Həbsxanasına köçürüldükdən sonra ağır işgəncələrə məruz qaldığını, sərt şəkildə döyüldüyünü bildirib.

Penitensiar Xidmətdən isə işgəncə iddialarını təkzib ediblər.

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov isə 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo