Siyasət

Vəkil həbs olunan Nardaran sakini ilə görüşüb

23 Noyabr, 2017
514
2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən birinin - Rəfael Bünyadovun oğlu Hüseynağa deyir ki, onu həm də atasının məzarının şəklini yaydığına görə həbs ediblər. 17 yaşlı Hüseynağa Bünyadov vəkili Fəxrəddin Mehdiyevlə görüşündə belə deyib.

Vəkil AzadlıqRadiosu-na bildirib ki, noyabrın 22-də Binəqədidə - inzibati həbs cəzası alanların saxlandığı təcridxanada onunla görüşüb. Müdafiəçinin sözlərinə görə, Hüseynağa deyib ki, məhkəmə qərarında yazılanlar yalandır, nə ictimai qaydanı pozub, nə də polisə müqavimət göstərib:

"Hüseynağa Bünyadov deyir ki, onu noyabrın 20-də, saat 16.00 radələrində evlərinin yanında, ikisi polis, biri mülki geyimdə olan üç nəfər tutaraq 42-ci polis bölməsinə aparıb. Orada ona deyiblər ki, saxlanmasının səbəbi "facebook” səhifəsindəki paylaşmalarıdır. Paylaşımlar da, əsasən, şəkillərdir. O, atasının və onunla birlikdə öldürülən digər sakinlərin məzarının şəkillərini, ilahiyyatçı Taleh Bağırovun, Abbas Hüseynovun fotolarını paylaşıb. Tələb ediblər ki, bu cür paylaşımlara son qoysun”, - vəkilin sözləridir.

F.Mehdiyev polis bölməsində H. Bünyadova polisə müqavimət göstərməsi haqda izahat yazdırıldığını, bununla bağlı inzibati xəta protokoluna qol çəkdirdiklərini də bildirib: "Onun qarşısında şərt qoyublar ki, belə izahata razılaşmasan, sənin üçün pis olar. Cinayət işi başladıb, uzunmüddətli həbsə göndərməklə hədələyiblər”.

Ardınca H. Bünyadov Sabunçu Rayon Məhkəməsinə aparılıb və ona 30 sutka inzibati həbs cəzası verilib.

Vəkil məhkəmənin bu qərarından apellyasiya şikayəti verib.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda, ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfər öldürülüb. Əməliyyat zamanı saxlanılan şəxslərdən "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovla onun müavini Abbas Hüseynov - 20 il, Cabbar Cabbarov – 19; Rasim Cəbrayılov – 17; saxlanılarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev -10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

T. Bağırov və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə suçlanır.

Amma onlar ittihamları rədd edərək bildirirlər ki, heç birinin silahı olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.

Nardaran məhbusları məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo