14:35, 10 Avqust 2018 (Cümə) 121

Vəkil Aslan İsmayılovun məhkəməsi təxirə salınıb

Vəkil Aslan İsmayılovun məhkəməsi təxirə salınıb
Bu gün hüquqşünas, "Viza" firmasının rəhbəri Aslan İsmayılovun işi üzrə məhkəmə təhqiqatı avqustun 16-na qədər təxirə salınıb.

İsmayılov 16 oktyabr 2017-ci il tarixində polis tərəfindən açılmış cinayət işi çərçivəsində Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin şikayəti əsasında CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Rəşad Əliyev iddia edir ki, məhkəmənin 2 oktyabr tarixli iclasında İsmayılov xuliqanlıq hərəkətləri edib.

İsmayılov xuliqanlığı inkar edir və iddiaçını və polisi işi saxtalaşdırmaqda ittiham edir.

Xüsusən, o iddia edir ki, yalnız məhkəmə zalında da deyil, öz kabinetində, cavabdehin iştirakı olmadan məhkəmənin ona qarşı mülki iş üzrə qərarından narazılığını dilə gətirib.

Bugünki iclasda İsmayılov Binəqədi rayon məhkəməsinin bütün heyətinə etiraz edib, bunu bu məhkəmənin elə həmin məhkəmənin hakiminin şikayəti əsasında açılmış işə qərəzsiz baxa bilməyəcəyi ilə əsaslandırıb. Amma etiraz təmin edilməyib.

Bundan sonra İsmayılov bildirib ki, BMT Nizamnaməsinin özbaşınalığa qarşı üsyan etmək hüququnu tanıyan 48-ci maddəsinə əsasən, o, etiraz edir və prosesdə iştirakdan imtina edir. Amma məhkəmə icraçıları onun yolunu kəsiblər.

Daha sonra hakim təhqiqatın avqustun 15-nə keçirildiyini elan edib.///Turan