12:40, 28 Fevral 2018 (Çərşənbə) 130

Vaşinqtonda Nemtsov adına küçə

Vaşinqtonda Nemtsov adına küçə


/ DÜNYA
Rusiyada qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun tərəfdarları və qohumları Vaşinqtonda onun adı verilmiş küçə meydanının açılışında iştirak ediblər.

Qətlin üçüncü ildönümünə təsadüf edən açılış mərasimi ABŞ-dakı Rusiya səfirliyinin binası qarşısında keçirilib. Bundan sonra Viskonsin prospektinin səfirliyin qarşısına düşən sektoru Nemtsov Plaza adını daşıyacaq.

Rusiya prokurorları 2015-ci ildə Kremlin divarları yaxınlığında törədilmiş bu qətllə bağlı Çeçenistandan olan beş nəfərə qarşı ittiham irəli sürmüşdülər. Onlar uzunmüddətli həbsxana cəzasına məhkum olunsalar da, Nemtsovun davamçıları bu qətlin əsl sifarişçilərinin cəzasız qaldığını bildirirlər.