16:38, 03 Oktyabr 2018 (Çərşənbə) 328

Valyuta ehtiyatı artıb

Valyuta ehtiyatı artıb
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazasının hesabatını verib. 

Rəsmi statistikaya görə, oktyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 534,5 milyon dollar, pul bazasının həcmi 8 milyard 871,5 milyon manat olub.

Bir ayda hər iki istiqamət üzrə artım qeydə alınıb. Sentyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 503,5 milyon dollar, pul bazasının həcmi 8 milyard 318,2 milyon manat idi.