Sosial

"Uşaqlarımızı toyuq hinində yatızdırırıq" - VİDEOREPORTAJ

11 Avqust, 2017
2223
 

"24 uşağa sahib olan 15 ailə yardımsevər insanlardan və dövlətdən gələcək yardımı gözləməkdədir”

Bura Biləcəri qəsəbəsində yerləşən vaqon deposu çeşidləmə stansiyasıdır. 15 ildən artıqdır ki bu ərazidə yaşayan sakinlər torpaq alarkən ödəniş etsələr də, onlara evləri üçün heç bir sənəd verilməyib. 

Ərazidə 3 ay öncə elektrik naqillərində yaranmış qısa qapanmadan baş verən yanğın nəticəsində 15 evə ziyan dəyib. 

Sakinlərin sözlərinə görə fürsətdən istifadə edən Biləcəri stansiyasının rəisi Elçin Məmmədovun göstərişi ilə polis və texnikanika  ziyan görmüş evləri sökərək 15 ailəni evsiz qoyub. 
Hazırda damı, divarı açıq və taxdadan daxma evlərdə yaşayan bu ailələr,  yer tapa bilmədikləri üçün övladlarını toyuq hinində yatızdırmağa məcbur olurlar. Sakinlər həm də iddia edirlər ki, stansiyanın rəisi onlara yardım etmək istəyən xeyirxah insanların da qarşısı alınaraq hədələyir. 

 "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Toplum Tv-nin sorğusuna cavab olaraq bildirib ki, həmin ərazi Biləcəri  stansiyasının  təpə  boğazı (tək  boğaz) ərazisində- dəmir  yollarının  arasındakı  ərazidə  yerləşir. Hansı ki, bu əraziyə  bitişik  sahədə   stansiyanın  təpə  qurğularını ( vaqon  yavaşıdıcılarını  sıxılmış  hava  ilə  təmin  edən   Kompressor  qurğuları  binası)  və   EÇ-1 - in   elektrik  yarımstansiyası  mövcuddur.  

Orada məskunlaşan ailələrin isə Bakı qeydiyyatı yoxdur:

"Qeyri-qanuni  məskunlaşmış  vətəndaşlar  respublikamızın  müxtəlif  rayonlarından  olan  insanlardır, heç  birinin  Bakı şəhərində,o  cümlədən   Binəqədi  rayonunda  qeydiyyatı  yoxdur. Həmçinin  məcburi  köçkünlük imtiyazılı  vətəndaşlar  deyildir . Həmin  ərazidən birbaşa dəmir  yoluna( cüt  marşrut  yoluna)  çıxırlar, bu  da   hərəkətdə  olan  qatarlar, xüsusilə Sumqayıt-Bakı  istiqamətində  elektrik  sərnişin  qatarları üçün  daim  təhlükə mənbəyidir”. 

Cavab məktubunda o da qeyd olunur ki, stansiya  rəhbərliyi  tərəfindən  həmin  vətəndaşlarla  həmişə  qanun  çərçivəsində  mübarizə  aparılıb,  həmin  şəxslərə  qeyri-qanuni  məskulaşdıqları  barədə  xəbərdarlıq  edilib: 

"Onların  bu  ərazilərdə  məskunlaşmasının  qarşısının  alınması  məqsədilə  Biləcəri st. Xətti  Polis  şöbəsinə  dəfələrlə   müraciət  olunub.  2015-2016- cı  illərdə  həmin  ərazidə  bir  neçə  dəfə  taxta  materialdan  inşa  edilməkdə  olan  əlavə  tikililər  tərəfimizdən  sökülüb.

28 aprel 2017-ci il  tarixdə  baş  vermiş  yanğın  hadisəsindən  sonra  Misirova  Fitat  adlı  vətəndaş  öz  şəxsi maraqlarını  təmin  etmək  məqsədilə, həmin   ərazidə  məcburi  köçkün  statusu  olan  vətəndaşları  məskunlaşdırmağa  cəhd  göstərir”.

Toplum.tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo