Sosial

Uşaqlara uşaqlığını yaşamağa imkan verin!

28 Mart, 2017
675
Əli Zeynal

Biz azərbaycanlılarda belə bir yalnış düşüncə var: uşağı nə qədər ciddi nəzarətdə saxlasaq, gözümüzü ondan 1 saniyə belə ayırmasaq, uşaq ətraf mühitdəki bütün pis insanlardan, pis vərdişlərdən uzaq olacaq, verdiyimiz ev tərbiyəsi ilə böyüyüb tam da biz istədiyimiz kimi "adam” olacaq. 

Buradakı "adam” sözünün mənası isə bunlardır: tərbiyəli, böyük-kiçik yeri bilən, savadı ilə böyük məbləğdə pul qazanaraq həm özünə, həm ailəsinə, həm də verdiklərin əməyin qarşılığı olaraq valideyinlərinə baxa bilən, onların hər ehtiyaclarını qarşılayan birisi olması. Üstünü bulaşdırmağa, tərləməyə qoymurlar. Elə ki bunları etdi, ilk olaraq qorxsun deyə üstünə qışqırmaq lazımdır, bəzi hallarda vurmaq da olar ki, bir də belə etməsin. Sonra çimizdirib, paltarını dəyişdirib otuzdurur və deyirlər: "Sənə oynamaq yaraşmır”.

Uşaq dünyaya göz açandan doyunca oynaya bilmir, bütün azadlıqları əlindən alınır, ən yaxşı halda məhdudlaşdırılır. Uşağın uşaqlığını yaşaya bilməməsi isə gələcəkdə psixoloji problemlərlə ortaya çıxır: özünəqapalı, agressiv olur, tez əsəbləşir və nəticədə valideyinlərinin istədiyi kimi "adam” ola bilmir. Bəyənilməyən Avropa mədəniyyəti ilə böyüyüb həyatda bir çox şeyə nail olan azad, gülərüz insanlar isə həmişə "camaatın uşağı” adı ilə örnək göstərilir.

Olmazmı imkan verəsiniz heç olmasa körpə vaxtlarında azad olsunlar, istədiklərini etsinlər? Onsuz da uşaqlığı əlindən alınmış, "yox” eşitməyə öyrəşmiş uşaqlar böyüyəndən sonra valideynləri kimi olacaqlar: qorxaq. Belələrinin bildiyi iş boyun əymək, yaltaqlıq etmək olacaq. Siz isə bütün bunları görə-görə özünüzlə fəxr edəcəksiniz ki, cəmiyyətə özünüz kimi daha bir faydasız insan qazandırmısınız.

Qorxmayın, yıxılıb yaralananda, başı-gözü əziləndə, palçığın içinə batanda gözünüzün işığı olan uşağınız ölməyəcək. Uzaqbaşı 2-3 gün incidəcək, amma bunun əvəzində immuniteti güclü olacaq, həm şüur baxımdan, həm fiziki olaraq daha sağlam olacaq, döyülmələrini, ağlamalarını isə gülüşlə yada salacaq.

Hamınız Nyutonun başına alma düşdükdən sonra bir anda alimə çevirilməsi əfsanəsini eşitmisiniz. Bir az xəyal qırıqlığına uğrasanız belə, əslində elə olmayıb. Nyuton özü bioqrafiyasında yazıb ki, yerin çəkim gücü ilə ilk olaraq gözünün önündə alma ağacdan qırılıb yerə düşəndə maraqlanıb. Hətta konkret tarix də göstərilib ki, məşhur hadisəyə 1666-cı ildə Nyuton taun epidemiyasından Kembricə qaçarkən şahidlik edib. Görürsüüz, xəstəlik var yenə söhbətin içində. Bundan daha maraqlı misallar çəkəcəm sizə.

Orland Serrel 10 yaşındaykən başına ağır zərbə ilə top dəyib. Orland bunu evdəkilərə deməyib və həkim baxışından filan da keçməyib. 1 il ərzində Orlandın baş ağrıları dayanmayıb. Ağrıları keçdikdən sonra isə Orlandın xüsusi bir istedadı çıxıb ortaya. O, tarixə baxaraq tam dəqiqliyi ilə o tarixin həftənin neçənci gününə düşdüyünü deyə bilib. Ümumiyyətlə, təqvimlə bağlı bütün hesablamaları anında həll edə bilib. 2 müxtəlif tarix arasında neçə gün var sualının cavabını bir göz qırpımında tapmaq bir yana, "1000 il ərzində neçə dəfə 24 fevral bazar gününə düşüb?” kimi çox ağır suallara belə rahat cavab verə bilib. Sizin tam təhlükəsizlikdə böyütdüyünüz uşaqlar isə yaz tətilinin 8, yoxsa 9 gün olmasını yarım saata hesablayıb tapa bilmir.

Belə baxanda elə sizin özünüz üçün də gec deyil, ümidsizliyə qapılmayın. Toni Çikoriyanı 52 yaşında ildırım vurub. Adamın incəsənətdən, teatrdan, müsiqidən xəbəri olmadığı halda başlayıb fortopianoda ifa olunan klassik müsiqi əsərlərinə qulaq asmağa, maraqlanmağa. Sonra isə müəllimi belə olmadan özü başlayıb fortopianoda ifa etməyə. Beləliklə, tanınıb. Hazırda "Youtube”da onlarla videosu var. Elə təki sizin də başınıza nəsə belə bir hadisə gəlsin, siz də bu insan kimi cəmiyyətə xeyirli bir işlər görməyə başlayasınız.

Toplum.Tv 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo