16:13, 06 Oktyabr 2017 (Cümə) 287

Uşaqlara dost qazandıran "Sehrli dünya" - VİDEOREPORTAJ

40-a yaxın uşaq bir araya toplaşıb yeni bir tamaşanı məşq edir. Onların yarıdan çoxu – təxminən 25-i fiziki məhdudiyyətli uşaqlardır.

Uşaqlar Kukla teatrının və İnternyus Azərbaycan ictimai birliyinin təşkilatçılığı ilə "Sehrli dünya” adlı tamaşaya hazırlaşırlar. 

Tamaşanın ssenari müəllifi Səidə Haqverdiyevanın dediklərinə görə Kukla teatrının Oyuq studiasında bu cür tamaşalar mütamadi olaraq baş tutur.
 
Tamaşada iştirak edən fiziki məhdudiyyətli uşaqlar UAFA Uşaqlara dəstək təşkilatından cəlb olunublar. Onların arasında Autist, daun sindromlu, eşitmə və görmə məhdudiyyətli uşaqlar da var.  

"Sehrli Dünya" tamaşasında bütün nağıl qəhrəmanları birləşir, onlardan Cırtdan, Tıq tıq xanım, Maşa və ayı, və digərləri dostlaşıb nağılın sonunda Şəhzadə Ellanı xilas edirlər.  

Nağıl qəhrəmanları şəhzadə Ellanı xilas edirlər. Tamaşanın sonunda isə onlara qalan birlikdə keçirdikləri maraqlı vaxt və dostluq oldu.

Lalə İsgəndərli
Toplum.Tv