Sosial

Uşaq sığınacağı: evdən qaçanlar, dilənməyə məcbur edilənlər, atılmışlar... - REPORTAJ

8 Dekabr, 2017
1800
Yaş yarımlıq Əli (uşaqların adları şərtidir) bacısı ilə birlikdə 6 aydır ki, sığınacaqda yaşayır. 

Bacısının - Fatimənin isə cəmi yeddi yaşı var. 

"Onların buraya yerləşdirilmə səbəbi anaları tərəfindən dilənməyə məcbur edilmələridir".
 
Bunu Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzini koordinatoru Vasif Akifli Toplum.Tv-yə deyib. 

Onun sözlərinə görə, uşaqlar qeyri-rəsmi nikahdan dünyaya gəliblər: "Əli və Fatimənin anası içki aludəçisi olduğu üçün pul tapmayanda uşaqlardan istifadə edirmiş". 

Uşaqlar sığınacağa polis tərəfindən aşkarlanarkən pis şəraitdə, baxımsız halda olublar. Ananın və qohumlarının ifadələrindən məlum olub ki, bu hal mütəmadi olmayıb. İndi hər ikisinin durumu yaxşıdır. Fatimə artıq həmyaşıdları ilə birlikdə məktəbə gedir.

Burada yerləşdirilmiş uşaqlar ailədaxili zorakılığın istənilən növü ilə qarşılaşıblar

Bu uşaqların arasında dilənmə, ögey ata və ya ana tərəfindən işgəncələrə məruz qalma, valideyn məsuliyyətsizliyi və ya imtina olunma ilə yanaşı, küçədə aşkar olunmuş, əmək istismarına məruz qalmış uşaqların da olduğu deyilir.
 
Uşaqlar sığınacağa yerləşdirildikləri zaman nizamnaməyə uyğun olaraq iki aylıq reabilitasiya müddətinə başlayırlar. Hüquqi və psixoloji yardımlar göstərildikdən sonra isə ailələrinin bərpa olunması üçün axtarış başlayır.
 
"Təəssüf ki, bu uşaqları qəbul etməyən, "atmışam, yaxşı eləmişəm” deyənlər də olur. Hansısa səbəbdən uşağını tərk etməli olan valideynləri tapıb onları uşaqları ilə qovuşdurmaq mümkün olur. Uşaqlara sığınacaqda adaptasiya müddəti çətin olur. Əgər uşaq semantik deyilsə, nevroloji problemi yoxdursa, adaptasiya dönəminə keçəndən sonra uğurlu reabilitasiya əldə edilir", - V. Akifli deyir. 

Uşaqların adaptasiyası ortalama 20 gün çəkir...

O deyir ki, uşaqlar, adətən, buraya gəldikdən sonra dərhal ünsiyyətdən qaçırlar: "Sığınacaqdakı şəxslər də prosedur gərəyi həmin uşağın üzərinə getmir, çünki fərd özünü güvəndə hiss etməyincə,  heç vaxt danışmayacaq. Əksər hallarda uşaqların üzərində fikizi, psixoloji zorakılıq faktı aşkarlanır. Buradakı uşaqların hər biri təhsilə yönəldilib, yəni normal orta məktəblərdə təhsil alırlar. Təhsildən yayındırılmış uşaqlar isə yaşından asılı olmayaraq, fərdi təhsilə yönləndiriliblər ki, o etapı keçsinlər və yaşıdları ilə bərabər təhsil alsınlar. Təhsiləmeyilli olmayan uşaqları isə peşə yönümlü məşğələlərdə, xor dərslərində, əl işlərində, rəsm kimi şeylərlə məşğul olurlar". 

 
Sığınacağa qəbulda isə konkret yaş məhdudiyyəti yoxdur. Buraya gələn hər fərdə iki aylıq bir reabilitasiya müddəti qoyulur və o reabilitasiya müddəti uşağın adaptasiyasından sonra başlayır ki, müddət bundan sonra hesablanır.
 
Reabilitasiya müddəti uzun çəkən uşaqlar da var ki, artıq iki il yarımdır buradadırlar. Burada olan uşaqların əksəriyyətinin barəsində polis, hüquq mühafizə orqanları tərəfindən ailələri ilə bağlı axtarış istintaq tədbirləri aparılır. Uşağın zorakılıq görmə növündən asılı olaraq onların barəsində tədqiqat, istintaq başladılır. Buna görə də onların burada saxlanma müddəti uzadıla bilir. Yəni onların burada qalma müddəti uşaqla bağlı aparılan işlə bağlıdır. Ailə bərpa edilmədikdə uşaqlar uşaq evlərinə yönləndirilir.

"14 yaşlı Fərid isə dayısının fikizi zorakılığından qaçıb”

O, Fəridin sığınacağa gəlməsini belə izah edir: "Valideynləri boşanıb, ata yeni ailə qurub ana isə başqa ölkəyə köçüb. O isə dayısı və bibisinin himayəsində qalmalı olub. Uzun müddət qapılarda qalmalar Fəridi bezdirdiyinə görə evdən qaçıb. Dayısı tərəfindən gördüyü fiziki zorakılıq, valideynlərinin ona qarşı biganəliyi və məsuliyyətsizliyi yetkin yaşında olan 14 yaşında uşağı evdən qaçımağa vadar edib. Fərid avtovağzal kompleksində gizlənibmiş. Onun reabilitasiya müddəti o qədər də asan olmayıb, çünki səhhətində ciddi problemlər var imiş. Hazırda o da məktəbdə təhsil alır və həkim olmaq istəyir". 

"Şirvanda analığından qaçan yeniyetmə...”

Əsmərin 16 yaşı var və o analığndan fiziki zorakılıq gördüyünə görə qaçdığını deyir. 

Onun sözlərinə görə, rayon yerində qız uşaqlarına aqressiya daha çox olur, onların təhsilə yönəlməkləri məhduddur: "Əsmər artıq bu ildən öz təhsilinə davam edir: "Mən müəllimə olmaq istəyirəm. Çünki mən öyrənmək üçün mübarizə aparmışam. İstəyirəm bildiyim hər şeyi onlara öyrədim”.

Tərbiyəçi Ceyhunə Qurbanova sığınacaqdakı bütün uşaqların təhsilə meyilli olduğunu ifadə edib: "Bir uşağın təhsili yoxdursa, gələcəyi də yoxdur deməkdir. Bu gün buradakı uşaqların hamısı oxuyub təhsil alırlar. Sadəcə, oyunlar təşkil edib, onlara isti yemək və isti yer verməklə kifayətlənmirik. Hansı uşaqlar ki, dövlət uşaqlar evinə yerləşdirilməyəcəklər, onlar artıq buradakı təhsil müəssisələrinə yönləndirilirlər. O uşaqlar dövlət müəssisələrinə göndərilir ki, onların artıq psixoloji və semantik problemləri var. Ona görə ki o uşaqlar burada rebilitasiya görən digər uşaqların da tərbiyəsinə təsir göstərirlər. Təəssüf ki, onlar xüsusi tipli müəssisəyə yollanırlar”.

Öz dilində danışmaqdan imtina edən Asya...

Asyanın 13 yaşı var. O, roman tayfasına (El arasında onlara qaraçı da deyirlər) məxsus olsa da, nənəsi tərəfindən dilənçiliyə məcbur edilməsinə etiraz edib. Metropoliten polisi tərəfindən aşkarlanıb və sığınacağa yönləndirilib. 

Roman tayfasına mənsub olan, həyatında bir dəfə də olsun məktəb üzü görməyən Asya bu gün artıq öz həmyaşıdları ilə birlikdə təhsil alır. Artıq romanların danışdığı dildən imtina edib, onların mühitini də istəmir.

Hazırda onun işi ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində iş aparılır: "Bu sahədə eyniləşmiş bir standart var. Atalıq və analıq tərəfindən tətbiq olunan zorakılıq və ya qəyyumlar ( nənə, baba, bibi , dayı) və qeyri rəsmi qəyyumlar tərəfindən diləndirmə, əməyin istismarı faktı, fiziki, psixoloji zorakılıq, hətta cinsi zorakılıq hallarına da rast gəlinir. Amma bunların hər biri rəsmi qaydada araşdırılır. Uşağın fikirləri də bəzən doğru olmaya bilir, bununla bağlı dərhal dövlət qurumlarına müraciət edirik”.

"Anasının "biznesi”nin qurbanı olan Səadət”

Koordinator deyir ki, cəmi 15 yaşı olan Səadət anasının yüngül həyat tərzinin qurbanı olub: "Səadəti də özü ilə birlikdə biznes yerinə gətirirmiş. Onun yaşadığı travmanın ağırlığı nəzərə alınıb və buraya gəldiyi 4 ay içərisində ona bir dəfə də olsun bu bəradə sual verilməyib. Yaşadıqlarına bayaraq qızcığaz sinifinin əlaçısıdır". 

Söhbət zamanı məlum oldu ki, sığınacaq rəsmiləri vətəndaşdan vətəndaş qəbul etmirlər. Yəni "qaynar xətt"ə gələn zənglərə görə buraya kimisə yerləşdirilmir. Yalnız və yalnız icra hakimiyyəti və hüquq mühafizə orqanları tərəfindən onlar yönləndirilmiş şəxslər burada qala bilərlər. 

Uşaqlarla söhbət zamanı diqqətimi ürkək baxışlı Sevinc çəkdi. Onunla danışmağa cəhd göstərsəm də, mənə bildirdilər ki, o, cinsi zorakılığa məruz qalıb. 18 yaşlı Sevinc aldığı travmalar səbəbindən universitetə qəbul ola bilməyib və bu il tələbə adını qazanmaq üçün yenidən hazırlaşır. 

Cəmi iki yataq otağı olan sığınacaqda otaqlardan biri qızlar digəri isə oğlanlar üçün ayrılıb. Təlim otağında isə onlar üçün könüllü şəkildə buraya gələn tələbələr dərs keçir. Karantin otağı isə yeni gələn uşaqlar üçün ayrılıb.

Yer məhdudiyyəti olsa da, burada 3 ana da övladları ilə birlikdə buraya sığınıb. İki tərbiyəçi, sosial işçi, hüquqşünas və psixoloq da onların ailəsinin fərdləridir.

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo