11:53, 05 Fevral 2019 (Çərşənbə axşamı) 153

Ukrayna prezidentliyinə namizədlərin sayı 30-a çatıb

Ukrayna prezidentliyinə namizədlərin sayı 30-a çatıb


/ DÜNYA
Ukrayna Mərkəzi Seçki Komissiyası daha iki nəfərin prezidentliyə namizədliyini qeydiyyata alıb.

Qurumun 4 fevral iclasında Roman Bezsmertni və Viktor Bondara yaşıl işıq yandırılıb. Bununla dövlət başçısı postuna rəsmi iddiaçıların sayı 30-a çatıb.

Martın 31-də keçiriləcək prezident seçkisinə daha əvvəl bu şəxslər buraxılıb: İqor Şevçenko, Andrey Sadovoy, Valentin Nalivayçenko, Sergey Kaplin, Vitali Skotsik, Anatoli Qritsenko, Yevgeni Murayev, Vitali Kupriy, Olqa Boqomolets, Aleksandr Şevçenko, Gennadi Balaşov, Roman Nəsirov, Yuri Boyko, Yuliya Timoşenko, Oleq Lyaşko, Aleksandr Moroz, Aleksandr Vilkul, Dmitri Dobrodomov, Arkadi Kornatski, Ruslan Koşulinski, Aleksandr Danilyuk, İlya Kiva, Sergey Tarutu, İqor Smeşko, İnna Boqoslovskaya, Vladimir Zelenski, Yuri Derevyanko, Nikolay Qaber.

Mərkəzi Seçki Komissiyası prezidentliyə iddiaçılardan sənədlərin qəbulunu fevralın 3-də başa çatdırıb. Həmin gün dövlət başçısı Pyotr Poroşenko sənədlərini komissiyaya təqdim edib.

1965-ci il təvəllüdlü Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.

Novator.az