Sosial

''Çudo Peçka''nın sahibi həbs olunub

26 İyul, 2017
653
"Çudo Peçka" MMC-nin təsisçisi Çingiz Cəlilov həbs edilib.

Bu barədə Baş Prokurorluğun bu gün, iyulun 26-sı yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, külli miqdarda kredit vəsaitlərini mənimsəmədə ittiham olunan şirkət rəhbəri həbs edilib.

"Müxtəlif şəxslərin adından kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb",-deyə məlumatda bildirilir.

Baş Prokurorluq vurğulayır ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Ç.Cəlilov «Bank Standard» QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Səlim Krimanla əlbir olaraq həmin qurumdan 21 milyon 874 min manat kredit götürüb. Ancaq Müşahidə Şurasının razılığı alınmayıb.

Prokurorluğun məlumatına görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına kredit götürülərkən qoyulan girovun dəyəri şişirdilib. Mətbuat xidmətinin məlumatında iddia olunur ki, Ç.Cəlilov daha sonra restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) planı nəticəsində 13 milyon 962 min manat pul vəsaitini S.Krimanla öz aralarında bölüşdürüb:

"Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub. Çingiz Cəlilov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

Baş Prokurorluğun bu açıqlamasına, hələlik, Ç.Cəlilovun vəkilindən və "Bank Standard" QSC-nin İdarə Heyətinin keçmiş sədri S.Krimandan hər hansı münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl "Çudo Peçka" MMC-də çalışan bir qrup işçi kütləvi şəkildə aksiya keçirərək, dövlət qurumlarına şikayətlərini bildirmişdilər. Onlar aylarla əmək haqlarını ala bilmədiklərini söyləyirdilər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo