11:38, 06 Yanvar 2017 (Cümə) 151

"Türkiyənin təhlükəsizliyi Kipr, Naxçıvan, Batumi, Balkanlarda başlayır" - Ərdoğan

Rəcəb Tayyib Ərdoğan: ''Biz Türkiyəyə qarşı təhlükəni rüşeym halında ikən məhv etməliyik''

"Ölkənin təhlükəsizlik məsələsi daxildə yox, onun hüdudlarından kənarda həll olunur".

Bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada "Keçiören" metro stansiyasının açılışında ölkənin təhlükəsizliyinin təminatı məsələsindən danışarkən deyib. O, bu məsələnin həll olunduğu yerlərdən biri kimi Azərbaycanın Türkiyə ilə sərhəd regionu olan Naxçıvanı göstərib.

"Anadolu” agentliyinin məlumatına görə, prezident deyib:

"Terrorçular və onlara dəstək olanlar məqsədlərinə çata bilməyəcəklər. Türkiyəni diz çökdürməyə çalışırlar. Amma türk xalqının qəhrəmancasına müqaviməti buna ən yaxşı cavabdır. Biz Türkiyəyə qarşı təhlükəni rüşeym halında ikən məhv etməliyik. Bir dəqiqə də unutmaq olmaz ki, Türkiyənin təhlükəsizliyi Qaziantep, Hatay, Qars və Artvin əyalətlərində deyil, Suriyanın Hələb və İdlib şəhərlərində, Kipr, Naxçıvan, Batumi, Balkanlarda başlayır”.

Ərdoğan deyib ki, Türkiyəyə açıq şəkildə meydan oxuya bilməyən qüvvələr əl altından iş görməyə cəhd edirlər:

"Maraqlıdır ki, öncələr utanmadan Türkiyəni İŞİD-ə qarşı mübarizədən imtina etməkdə suçlayanlar indi Ankaradan regionda antiterror əməliyyatlara son qoyulmasını tələb edirlər.

Ankaraya Suriya daxilində 20 kilometdən uzağa qoşun yeritməməyi məsləhət edirlər. Ancaq kim nə deyirsə desin, biz öz yolumuza davam edəcəyik”.

R.Ərdoğan növbəti dəfə ölkədə ölüm hökmünün tətbiqinin mümkünlüyünü vurğulayıb. Deyib ki, parlamentin ölüm hökmü cəzasını bərpa etmək qərarına gələcəyi təqdirdə müvafiq fərmanı imzalayacaq